Qurban Qurbanov: "Roma”nın şansı bu oyunla bağlı ola bilər

10:15 - 5 Dekabr 2017 - İDMAN

“Roma”nın şansı bu oyunla bağlı ola bilər.

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, bunu "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçiriləcək "Roma" - "Qarabağ" oyunundan əvvəl İtaliya paytaxtında təşkil olunan mətbuat konfransında deyib.

Q.Qurbanov qeyd edib: "Qrupda son oyunumuzdur. Nəticə baxımından razı olmasaq da, bu turnir bizim üçün böyük təcrübə oldu. Sabahkı oyunda da düzgün, ciddi mübarizə aparmağa çalışacağıq. Ola bilər ki, “Roma”nın şansı bu oyunla bağlı olsun".

Ağdam təmsilçisinin baş məşqçisi futbolçuların ən yaxşı oyunlarını göstərməyə çalışacaqlarını bildirib: "Onların Çempionlar Liqasında hansı səviyyəyə çatdıqlarını göstərmək üçün böyük şans olacaq".

Qeyd edək ki, "Roma" - "Qarabağ" oyunu bu gün Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.

Xəbər xətti