Ana səhifə
20 Yanvar 2018

Azərbaycan və Almaniya arasında iqtisadi sahədə əlaqələr inkişaf edir

Dekabrın 4-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə “Menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramının kiçik və orta sahibkarlığın inkişafında rolu” mövzusunda tədbir keçirilib.


Tədbirdə İqtisadiyyat Nazirliyinin nümayəndələri və Almaniyada iqtisadi kooperasiya üzrə ixtisasartırma kursu keçmiş 50-dən çox sahibkar və gənc menecerlər iştirak edib.
Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan və Almaniya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumlarına uyğun olaraq, 2009-cu ildən başlayaraq Bakı Biznes Tədris Mərkəzi Almaniyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (GİZ) ilə birlikdə "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı"nı həyata keçirir. Proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və gənc menecerlər Almaniyanın müvafiq tədris mərkəzlərində və müəssisələrində iqtisadi kooperasiya üzrə 1 ay müddətində ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr yaradırlar. Bu Proqramın həyata keçirilməsi ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin daha bir nümunəsidir.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov çıxışında "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" və ixtisasartırma kurslarının uğurlu nəticələri barədə məlumat verib.
 Qeyd edilib ki, Proqram icra olunduğu müddət ərzində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 338 sahibkar və gənc menecer Almaniyanın Karl Dyusberq, Baden-Vüttenberq və digər tədris mərkəzlərində təlim, Berlin, Bonn və s. şəhərlərindəki müəssisələrdə təcrübə keçiblər. Bununla yanaşı, Proqram çərçivəsində Almaniyanın müvafiq şirkətləri ilə yeni işgüzar əlaqələr yaradılıb və biznes müqavilələri imzalanıb.
Tədbirdə çıxış edən sahibkarlar və gənc menecerlər "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində Almaniyada ixtisasartırma kurslarında əldə etdikləri nəticələr, yaradılmış işgüzar əlaqələr barədə məlumat verib, ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Tarix
4 Dekabr 2017 [17:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ