Bakıda intihara əl atan 34 yaşlı kişi son anda xilas edilib

00:25 - 5 Dekabr 2017 - HADİSƏ

Bakıda intihara cəhd olub.
 

Ucnoqta.az APA-ya istinadən bildirir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
 
Rayon sakini, 1983-cü il təvəllüdlü Taleh Aslanov yaşadığı binanın pilləkəninin məhəccərindən özünü asıb. Ailə üzvlərinin müdaxiləsi nəticəsində T. Aslanov son anda xilas edilib. O, xəstəxanaya yerləşdirilib.
 
İntihara cəhdin səbəbləri araşdırılır.

Xəbər xətti