Ana səhifə
22 Oktyabr 2018

Şimali Koreyadan sərt xəbərdarlıq — "Hər an nüvə müharibəsi başlaya bilər"

Şimali Koreyanın 4.475 km məsafəyə uçan uzaqmənzilli ballistik raketini Yaponiya səmasında uçan Çin sərnişin təyyarəsi tərəfindən görünüb.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, ABŞ və Cənubi Koreya genişmiqyaslı hərbi təliblərə başlayıb.

Şimali Koreya isə sözügedən həmlənin hər an bir nüvə savaşına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

ABŞ və Cənubi Koreyanın hərbi hava təlimlərində yüzlərlə qırıcı iştirak edir.

ABŞ prezidenti Donald Trampı "ruhi xəstə" adlandıran Pxenyan hökuməti hərbi təlimlərin gərginliyi daha da alovlandıracağını bildirib: "Təlimlər açıq və konkret təxribatdır. Hər an nüvə savaşına  səbəb ola bilər".

Yüzlərlə qırıcının iştirak etdiyi təlimlərdə 12 min ABŞ hərbçisi də iştirak edir. ABŞ hərbi hava qüvvələrinə məxsus qırıcı və bombardmançı təyyarələr 1 həftə Koreya yarımadası üzərində uçuşlar edəcək.

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri bilirib ki, Şimali Koreya ilə savaş ehtimalı hər gün daha da artır: "Bu problemin həlli üçün silahlı toqquşmadan başqa yollar var. Amma artıq bu yarışa çevrilib və hər gün daha da artır. Çox vaxt qalmayıb".

1 iyul-11 oktyabr tarixləri arasında Şimali Koreyanın rəsmi xəbər agentliklərində ən çox "Kim", "savaş" və "nüvə" kəlimələrindən istifadə edilib.

Tarix
4 Dekabr 2017 [15:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin