Əfqanıstan prezidenti qadınlardan üzr istədi

13:40 - 4 Dekabr 2017 - DÜNYA

Əfqanıstan prezidenti Əşrəf Qəni Əhmədzai hicab şərhlərindən sonra bütün qadınlardan üzr istəyib.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, buna səbəb isə bir müddət əvvəl baş verən məsələ olub.

Hökumət rəsmiləri Əhmədzaini İŞİD-lə əlaqəsi olmaqda ittiham etmişdilər. Prezident isə "ya sübut ortaya qoyun", ya da "başınızı qadın kimi bağlayın"-deyə cavab vermişdi. Prezident sözlərinin səhv anlaşıldığını söyləyərək bütün qadınlardan üzr istəyib.

Prezident administrasiyasından verilən açıqlamada deyilir: "Prezident qadın haqlarının çox önəmli müdafiəçisidir. O, Əfqanıstan prezidenti olaraq səlahiyyət müddətindən sonra mövqelərini gücləndirmək və qorumaq üçün addımlar atıb".

Xəbər xətti