Ana səhifə
17 Fevral 2019

Paytaxt sakinləri bu il ərzaq və tütün məmulatlarına 7 mlrd. manat xərcləyib

2017-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərinin əhalisinin tələbatlarının ödənilməsi məqsədilə paytaxtın istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 19 mlrd. 886,4 mln. manat olmaqla 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,2% artıb.
 
Ucnoqta.az Bakı şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata istinadən bildirir ki, satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 95,6%-ini qeyri-dövlət sektoru təşkil edib, bu bölmə  üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri əvvəlki ilin yanvar-oktyabr aylarının səviyyəsini 1,5% üstələyərək 19 mlrd. 7,1 mln. manat olub.
 
2017-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,7% artaraq 15 mlrd. 108,2 mln. manat olub. Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi 2016-cı ilin yanvar-oktyabr aylarının səviyyəsini 2,7% üstələyərək 15 mlrd. 103,5 mln. manat təşkil edib.
 
İlin əvvəlindən paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə cəmi məhsulların alınmasına 93,5 manat daha çox vəsait xərcləyib.
 
2017-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,4% artaraq 6 mlrd. 861,6 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,4% artaraq 8 mlrd. 246,6 mln. manata bərabər olub. Dövriyyənin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə 0,9% artaraq 45,4% təşkil edib.

Tarix
4 Dekabr 2017 [23:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin