Ana səhifə
26 Aprel 2018

Prosineçki Azərbaycan millisindən getmə səbəbini açıqladı

“Başa düşdüm ki, bu komanda ilə bundan artığını etmək mümkün deyil və getmək vaxtım çatıb”. Ucnoqta.az Apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki deyib.


Xorvatiya mətbuatına geniş müsahibə verən 48 yaşlı mütəxəssis yığmamızla yeni müqavilə imzalamamasının səbəbini açıqlayıb. Millimizdəki dönəmini uğurlu hesab edən Prosineçki yeni macəra axtarışında olduğunu vurğulayıb: “Biz dünya çempionatının seçmə mərhələsində çox çətin görünən 10 xal topladıq. Norveçi məğlub etdik, Çexiya ilə bərabərə qaldıq. Həmçinin məğlub olmağımıza baxmayaraq, Almaniya və İtaliya ilə görüşləri əla keçirdik. O ki qaldı Xorvatiya ilə matça, komandamdan yalnız cəsarətli futbol istəmişdim. Çünki istəyirdim ki, Bakıya hansı komanda gəlir-gəlsin, oyunçularım rəqibdən çəkinməsinlər. Futbol oynamağı tələb edirdim, müdafiədə oturmağı deyil. Üç il fasiləsiz çalışdıq və inkişaf etdiyimizi düşünürəm. Artıq yeni menü ilə davam etməliyik”.

 
Qeyd edək ki, Robert Prosineçki 2014-cü ilin dekabrından 2017-ci ilin dekabrına qədər Azərbaycan millisini çalışdırıb.

Tarix
4 Dekabr 2017 [12:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ