Azərbaycanda yeni şəxsiyyət vəsiqələrində elektron imzalar olacaq

12:53 - 4 Dekabr 2017 - İQTİSADİYYAT

Gələn ildən Azərbaycan vətəndaşlarına veriləcək yeni növ şəxsiyyət vəsiqələrində elektron imzalar yazılacaq. Bu elektron imzaların yazılması ödənişsiz olaraq həyata keçiriəcək.

Ucnoqta.az "Report"a istinadən bildirir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə məlumat verib. 
Onun sözlərinə görə, elektron xidmətlərdən yeni şəxsiyyət vəsiqələri ilə isitifadə etmək imkanı yaranacaq.
Bildirək ki, həmin şəxsiyyət vəsiqələri 5 il müddətinə verildiyi üçün imzalar da bu müddətdə qüvvədə olacaq. Qeyd edək ki, hazırda ölkədə mövcud olan elektron imzalar 3 illik verilir.

Xəbər xətti