Ana səhifə
26 Aprel 2018

“Baku Fashion Club”ın ikinci iclası keçirildi

“Baku Fashion Club”ın ikinci iclası keçirildi.

   
Bu günlərdə  “Excelsior Hotel & Spa” otelində Azərbaycanda  moda  peşəkarlarını və həvəskarlarını birləşdirən  “Baku Fashion Club”ın ikinci iclası keçirildi.  BFC təşkilatçısı və rəhbəri Lyubov Quturova , klubun kordinatoru  modelyer-dizayner, həmçinin “Media FM”-in populyar aparıcısı Renara Şəmsiyeva iştirak etdilər. 
 “Baku Fashion Klub”un ilk addımlarının olmasına  baxmayaraq, “Əlincə” zalına toplaşan qonaqların  sayının çox olması, moda sahəsində yeni format layihənin uğurlu olmasının göstəricisidir. 
İclasda növbəti mövzular müzakirə olunub:
 “Yeni başlayan dizaynerin ilk addımları – Nədən başlamaq”
“Moda sahəsində təhsil”
 “Uğurun sirrləri”

Mövzu ilə bağlı çıxış edəcək spikerlərin adları:

Fəxriyyə Xələfova – Azərbaycanın əməkdar incəsənət xadimi, İncəsənət Universitetinin moda kafedrasının dosenti, «Fakhriya Khalafova» moda evinin yaradıcısı.
Gülnarə Xəlilova – geyim dizayneri,sənətşünaslıq üzrə fəlsəfə doktoru, Milli geyim mərkəzinin rəhbəri. 
Sevil Əliyeva – Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi, şəxsi və korporativ stil üzrə imicmeyker. 
Günel Behbudova - geyim dizayneri, «Fashion Mystery» moda evinin yaradıcısı. 
Natavan Əliyeva– «Fashion School by Natavan»-moda məktəbinin və «Natavan» qalereyasının yaradıcısı, kolleksiyaçı.
Gülşən Mehtiyeva– geyim dizayneri,«TomStil» brendinin yaradıcısı.
Müzakirə “Baku Fashion Club”-ın facebook səhifəsində CANLI yayımlanmışdır. 
Bu da öz növbəsində klubun qonaqlarının və iştirakçılarının sayının artmasına təsir edir.  Müzakirə  iştirakçıları tədbirdən sonra  “Belveder”  restoranında şam yeməyində toplaşdılar və qeyri rəsmi mühütdə  müzakirələr davam etdilər. 

Tarix
4 Dekabr 2017 [11:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ