Hindistanın cənubunda tüğyan edən fırtınada 20 nəfər ölüb

21:35 - 4 Dekabr 2017 - DÜNYA

Hindistanın cənub-qərb bölgəsində tüğyan edən "Okha" tropik siklonu nəticəsində 20 nəfər ölüb, 100-dən çox adam yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Tamil Nadu ştatının Fövqəladə Hallar İdarəsindən bildirilib.
Məlumata görə, təxminən daha 100 nəfər itkin düşüb.
Xilasedicilərin verdiyi informasiyaya görə, fırtına Tamil Nadu ştatında 70-dən çox evi tamamilə dağıdıb, üstəlik, 1000-dən çox evə zərər dəyib.
Son bir neçə gündə, təqribən, 700 nəfər xilas edilib.

Xəbər xətti