İordaniya İsrailə nota verdi

11:38 - 4 Dekabr 2017 - DÜNYA

İordaniya hökuməti İsrailə nota göndərib.

 Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, buna səbəb "Məscid-i Aksa"ya dair qanun pozuntuları olub.

İordaniya hökumətinin mətbuat katibi Məhəmməd əl-Muməni yazılı açıqlamasında İsrail hökumətini qınayaraq, xüsusilə radikal yəhudi sakinləriin hər gün İsrail polisinin mühafizəsi altında məscidin həyətində təxribat əməlləri törətdiyini bildirib. Belə hərəkətlərin qəbul edilməyəcəyini bildirən Muməni İsrailin beynəlxalq hüquq və insan haqlarını pozduğunu qeyd edib.

İordaniya rəsmisi İsrailin bu davranışlarının müsəlmanların ləyaqətini zədələdiyinə və dinlərə aid bütün ibadət məkanlarına hörmət edilməsinin məcburi olduğunu vurğulayır.

Xəbər xətti