Natavan boşanır- 6 aylıq evlilik bitdi- FOTO

11:16 - 4 Dekabr 2017 - MAQAZİN

Əri ilə olan bütün fotolarını İnstaqramından yığışdırıb

Müğənni Natavan Həbibinin reper Dado Əliyevlə nikahı cəmi 6 ay çəkdi. Ucnoqta.az Axşam.az-a istinadən xəbər verir ki, cütlük boşanır. Bu haqda xəbəri Natavan Həbibi özü yayıb. 

Sənətçi daha sonra bu paylaşımını sosial şəbəkədən silib. O, eyni zamanda əri ilə olan bütün fotolarını İnstaqramından yığışdırıb.


Qeyd edək ki, onların nikahının saxta olduğu iddia edilirdi. Amma hər iki tərəf bununla bağlı verilən sualları yalanlayırdı.


Xəbər xətti