Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

11:01 - 4 Dekabr 2017 - İQTİSADİYYAT

Azərbaycan 2017-ci ilin yanvar-sentyabr aylarında Türkiyəyə təqribən 4,86 milyard kubmetr qaz tədarük edib.
 

Trend-in Türkiyənin Enerji bazarlarının nizamlanması İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, ötən ilin analoji dövründə bu göstərici 4,84 milyard kubmetr olub.

2016-cı ildə Azərbaycan Türkiyəyə 6,48 milyard kubmetr (2015-ci ildə 6,17 milyard kubmetr) təbii qaz ixrac edib.

İdarənin hesabatına əsasən, Türkiyə yanvar-senyabrda 39,62 milyard kubmetr qaz idxal edib.

Türkiyəyə idxal edilən ümumi qaz həcmində Azərbaycanın payı 12,3 faiz təşkil edir.

Qeyd edək ki, Azərbaycandan Türkiyəyə qaz Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə nəql edilir.

Xəbər xətti