Ana səhifə
19 Dekabr 2018

Azərbaycan çempionatında komandaların sayı artır — Qurbanov təklif etdi

Topaz Premyer Liqasında növbəti mövsüm neçə komandanın iştirak edəcəyi müəyyənləşib.
 

Ölkə.Az Sport24.az-a istinadən xəbər verir ki, elitada 10 komanda mübarizə aparacaq.

Bu təşəbbüs “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov tərəfindən millinin “sükanı arxası”na keçmək təklifini qəbul edərkən irəli sürüb. Təcrübəli mütəxəssis çempionatın səviyyəsinin yüksəlməsi üçün komanda sayının artmasına zərurət yarandığını bildirib. Artıq AFFA tərəfindən bu ideya dəstəklənib və növbəti mövsüm elitaya daha 2 komandanın yüksələcəyinə dair qərar qəbul olunub.

Premyer Liqa təmsilçilərindən heç biri süquta uğramasa, 2017/18 mövsümündə elitanı tərk edən olmayacaq. Ancaq I Diviziondan qızıl və gümüş medalın sahibi, yoxsa digər pillələrdə qərarlaşmış komandaların yüksələcəyi hələ dəqiqləşməyib.

 

Bundan əlavə 2018/19 mövsümündən Premyer Liqanı ən azı 1 komandanın tərk edəcəyinə dair qərar verilib. Eyni zamanda, sözügedən mövsümdən I Diviziondan ən azı çempionun Premyer Liqaya yüksələcəyi də dəqiqləşib.

Tarix
3 Dekabr 2017 [17:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin