Ana səhifə
23 Fevral 2018

Rusiyada azərbaycanlı polisin rüşvət tələbinə etiraz edərək özünü yandırdı

Rusiyada ticarətlə məşğul olan azərbaycanlı polisin ondan rüşvət tələb etməsinə etiraz əlaməti olaraq özünü yandırıb.
 

Ucnoqta.az  Report-a istinadən bildirir ki, hadisə Moskva ətrafındakı Korolyov şəhərində, Qrabina küçəsində baş verib.

 

Yaralı xəstəxanaya yerləşdirilib.

"MK" agentliyi həmin şəxsin Moskva ətrafında meyvə-tərəvəz satışı üçün çadır açan Rövşən Allahverdiyev olduğunu xəbər verib. Faktla bağlı cinayət işi açılıb.

 

Hadisə ilə əlaqədar 1 polis əməkdaşı saxlanılıb və ona qarşı ittiham irəli sürülərək həbs edilib. İstintaq cinayətin baş verməsinə səbəb olmuş digər polis əməkdaşlarının da kimliyini araşdırır.

Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları R.Allahverdiyevdən xeyli miqdarda rüşvət tələb ediblər.

Tarix
3 Dekabr 2017 [20:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ