Ana səhifə
16 Dekabr 2018

Prezident və xanımından Fərid Qayıbova təbrik

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbova təbrik məktubu ünvanlayıb.

 

“Qafqazinfo” prezidentin saytına istinadən məktubun mətnini təqdim edir:

 

“Sizi Avropa Gimnastika İttifaqının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə ürəkdən təbrik edir, bu vəzifədə sizə uğurlar arzulayırıq.

 

İlk dəfə olaraq Azərbaycan nümayəndəsi Avropa idman federasiyasına rəhbərlik edəcək. Bu, Azərbaycanda son illər ərzində gimnastika idman növünün sürətli inkişafının Avropa Gimnastika ailəsi tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür. Gimnastika üzrə dünya və Avropa çempionatlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi, ölkəmizdə ən yüksək standartlara cavab verən Milli Gimnastika Arenasının və bölgələrdə gimnastika bölmələrinin yaradılması haqlı olaraq Avropa Gimnastika İttifaqı tərəfindən yüksək qiymətləndirilib.

 

Sizin də Avropa Gimnastika İttifaqının vitse-prezidenti kimi fəaliyyətinizin bu vəzifəyə seçilməyinizdə böyük rolu olub.

 

Bir daha sizi təbrik edir, sizə uğurlar arzulayırıq”.

Tarix
3 Dekabr 2017 [20:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin