Ana səhifə
13 Dekabr 2018

TQDK-dan yenilik

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) “Nəzarətçilərin elektron qeydiyyatı” sistemi bu gündən fəaliyyətə başlayıb.

 

 

Ucnoqta.az komissiyanın saytına istinadən xəbər verir ki, sistem test imtahanlarına respublikanın ümumi təhsil müəssisələrindən cəlb olunan müəllimlərdən ibarət zal nəzarətçiləri bazasının formalaşdırılması işinin sürətləndirilməsi və səmərəliliyinin artırılması məqsədi ilə yaradılıb.

Sistemdə nəzərdə tutulduğu kimi zal nəzarətçilərinin qeydiyyatı müvafiq təhsil müəssisəsi tərəfindən internet vasitəsilə aparılır. Belə ki, ümumi təhsil müəssisəsi tərəfindən sistemə cavabdeh şəxs qismində təyin olunan əlaqələndirici məktəb üzrə zal nəzarətçiləri bazasına istifadəçi adı və şifri ilə daxil olaraq mövcud zal nəzarətçiləri bazasında nəzarətçi-müəllimin şəxsi və digər zəruri (sosial sığorta kartının nömrəsi, əməkhaqqının ödənilməsi üçün bank rekvizitləri və s.) məlumatlarını dəqiqləşdirir, yeni nəzarətçilərin qeydiyyatını aparır, əmək müqavilələrini bağlayır.

TQDK tərəfindən “Elektron qeydiyyat sistemindən istifadə qaydaları”nın öyrənilməsi, növbəti tədris ili üçün görüləcək hazırlıq işlərinin qrafiki və qarşıya qoyulan vəzifələr mövzusunda rayon əlaqələndiriciləri üçün treninqlər keçirilib.

 

Bəhruz

Tarix
25 Noyabr 2014 [17:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin