Xırdalanda avtomobil səkiyə çırpılıb

10:58 - 3 Dekabr 2017 - HADİSƏ

Abşeron rayonu, Xırdalan şəhərində “VAZ” markalı avtomobil yol kənarındakı səkiyə çırpılıb. Ucnoqta.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb. 

Xəbər xətti