Ana səhifə
20 Yanvar 2018

Heydər Əliyev Sarayında “Biz bir ailəyik” adlı konsert keçirilib FOTO

Heydər Əliyev Sarayında “Biz bir ailəyik” adlı konsert keçirilib.

 

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, 3 dekabr “Beynəlxalq Əlillər Günü” münasibəti ilə keçirilən konsertdə məqsəd fiziki qüsurlu insanların istedadını nümayiş etdirmək idi.

 

Konsertdə Daun sindromlu uşaqların “Günəş uşaqları” adlı rəqs qrupu, “İstedadlı əlillər” cəmiyyətinin əlilləri, 1saylı sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzinin əlilləri çıxış ediblər.

 

Konsertdə fiziki qüsurlu ifaçıları Milli Konservatoriyanın tələbələrindən ibarət “Könül dünyamız” ansamblı müşaiyət edib.

 

Qeyd edək ki, 1992-ci il oktyabrın 14-də BMT Baş məclisi dekabrın 3-nü əlilliyi olan insanların Beynəlxalq günü kimi qeyd olunması haqqında bəyannamə qəbul edib. “Beynəlxalq Əlillər Günü”nün məqsədi bütün əlilliyi olan insanların hüquqlarını qorumaqdır.

Tarix
2 Dekabr 2017 [23:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ