"Rafiqin getməyi mənə dağ çəkdi" - Şərqiyə Hüseynova ağladı

22:43 - 2 Dekabr 2017 - Mədəniyyət

Xalq artisti Şərqiyə Hüseynova "V element" verilişinin qonağı olub. 



Ucnoqta.az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, diktor mərhum Rafiq Hüseynovdan bəhs edib. 

Göz yaşlarını saxlaya bilməyən Ş.Hüseynova onun ölümü ilə barışa bilmədiyini deyib:

"O, uşaqları çox sevidri. Övladı ölməsəydi indi 50 yaşı olacaqdı. Yaxşı ki, Allah ona Leylini verdi. Onun indi 16 yaşı var. Rafiq Hüseynovu itirmək bizə çox çətin oldu. Hər dəfə həyatda kimisə itirəndə düşünürdüm ki, kim getsə vecimə olmaz. Amma Rafiqin itkisi ilə razılaşa bilmirəm. Rafiqin getməyi mənə dağ çəkdi".

Xəbər xətti