Azərbaycan Gimnastika Federasiyasının Baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib.
"Ucnoqta.az"ın məlumatına görə, seçki bu gün UEG-in Xorvatiyanın Split şəhərindəki Baş Assambleyası çərçivəsində gerçəkləşib.
F.Qayıbov qurumun prezidenti postu uğrunda mübarizədə sloveniyalı Edvar Koları üstələyib. O, bunadək UEG-də vitse-prezident vəzifəsində çalışıb.
Qeyd edək ki, Fərid Qayıbov beynəlxalq quruma rəhbərlik edəcək ilk azərbaycanlı funksioner kimi tarixə düşüb.
Tarix
2 Dekabr 2017 [18:15]
|
Müəllif
Üç nöqtə
|