Suriyalı qaçqınlar vətənə dönürlər

10:25 - 2 Dekabr 2017 - DÜNYA

Suriyada İŞİD terrorçularının əlindən xilas edilən torpaqlarda abadlıq işləri aparılır.
 

Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, bu səbəbdən torpaqlarından qaçan suriyalı qaçqınlar yurdlarına qayıdırlar. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Verilən məlumata görə, hər gün azı 100 suriyalı vətənə qayıdır.

 

“Gün ərzində 100 suriyalı torpaqlarına qayıdır. Onlara evlərini yenidən tikmək və yaşayış üçün lazım olan yardım göstərilir”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Suriyanın Aleppo, Homs, Deyr əz-Zor şəhərlərində insanların yaşayışı üçün yenidənqurma işləri aparılır. Burada 500-ə yaxın evin tikintisinə başlanılıb.

Xəbər xətti