DÇ-2018-in püşkü atıldı

20:09 - 1 Dekabr 2017 - İDMAN

2018-ci il dünya çempionatının püşkatmasına başlanılıb. "Report"un məlumatına görə, püşk nəticəsində qrupların tərkibi belə müəyyənləşib.  A qrupu: Rusiya, Səudiyyə Ərəbistanı, Misir, Uruqvay  B qrupu: Portuqaliya, İspaniya, Mərakeş, İran C qrupu: Fransa, Avstraliya, Peru, Danimarka D qrupu: Argentina, İslandiya, Xorvatiya, Nigeriya  E qrupu: Braziliya, İsveçrə, Kosta Rika, Serbiya F qrupu: Almaniya, Meksika, İsveç, Cənubi Koreya G qrupu: Belçika, Panama, Tunis, İngiltərə  H qrupu: Polşa, Seneqal, Kolumbiya, Yaponiya Qeyd edək ki, oyunlar gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. Açılış oyununda Rusiya və Səudiyyə Ərəbistanı yığmaları üz-üzə gələcək. İyunun 14-də Moskvadakı "Lujniki" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. 

Xəbər xətti