"Roma"nın futbolçusu qəzaya düşüb

23:35 - 1 Dekabr 2017 - İDMAN

Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alan İtaliyanın “Roma” komandasının futbolçusu Dieqo Perotti avtomobil qəzası keçirib.

“Report” “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Argentinalı yarımmüdafiəçi idarə etdiyi “Porsche Cayenne” ilə məşqə gedərkən qəzaya düşüb. Avtomobil ciddi zərər görsə də, 29 yaşlı futbolçunun özü və qəzada iştirak edən digər şəxslər xəsarət almayıblar.
Qeyd edək ki, “Roma” bu gün İtaliya A seriyasının XV turunda "Spal"ı qəbul edəcək. Çempionlar Liqasında VI turun “Roma” – “Qarabağ” matçı isə dekabrın 5-də keçiriləcək.

Xəbər xətti