Ana səhifə
20 Aprel 2018

Yeni prezident hərbçiləri nazir təyin etdi

Zimbabvenin yeni prezidenti Emmerson Mnanqaqva ölkənin yeni hökumətini formalaşdırıb.
 

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, nazirlər arasında yüksək rütbəli hərbçilər yer alıb.

Keçmiş prezident Robert Muqabenin hakimiyyəti dövründə Hərbi Hava Qüvvələrinin rəhbəri olmuş Perens Şiri kənd təsərrüfatı və torpaq məsələləri naziri təyin olunub.

Çevriliş zamanı aktiv fəaliyyət göstərmiş general Sibusiso Moyo isə Zimbabvenin xarici işlər naziri təyin olunub.

Bundan başqa, hökumətdə Hərbi Veteranlar Assosiasiyasının nümayəndələri də yer alıb.

Yeni kabinetə müxalifət nümayəndələri daxil olmasa da, R.Muqabe dövründə nazir işləmiş bir sıra şəxslər öz vəzifələrini saxlayıb.

Tarix
1 Dekabr 2017 [15:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ