Ana səhifə
25 Sentyabr 2018

«Danışanda sözlərinə fikir vermək lazımdır»

Xatirə İslam: «Danışanda sözlərinə fikir vermək lazımdır»

 

 

Müğənni Xatirə İslamla xanəndə Elnarə Abdullayeva arasındakı qalmaqal bitmir. “Gündəlik” verilişinə qonaq olan müğənni qarşı tərəfin ona ünvanladığı “Xatirənin xətrinə dəydisə, getsin su içsin” ifadəsinə münasibət bildirib: “İnciməmişəm... O sözü özümə götürmürəm. Mən ailəliyəm, evim-eşiyim, övladım, valideynlərim var. Atam-anam müəllimdir, bacım həkim, qardaşım ali savadlı insandır. Sənət dostlarıma, yoldaşlarıma görə pis oldum. Bu sənətdə ailə qurmamış qızlarımız, subay oğlanlarımız var. Sənətkarlarımızın balaları var. Bu sənətə belə qiymət verəndə yaxşı səslənmir. İnsanın şəxsiyyətinə sənətə görə qiymət verənlərin belə pis düşünməsini istəmirəm. Hər sahədə pis də var, yaxşı da. Evdar insanlar arasında da pisləri var. O xanım ifadələri deyəndə bir az yuxarılara baxsın. Bizim necə sənətkarlarımız var. Onlara elə demək olmaz. Danışanda sözlərinə fikir vermək lazımdır. İnsanlar o xanımın müsahibəsinə baxıb sənətkarlara qarşı qıcıq olmasınlar”.

 

Qeyd edək ki, xanəndə Elnarə Abdullayeva verilişlərin birində “Mən oğluma müğənni qız almaram, oxuyana da qızımı vermərəm. O qədər şeylər görürəm ki, dəli oluram. İnsan bu qədər xaraktersiz olar? Qadın necə bəzi pis hərəkətlərə yol verə bilər? Mən özüm də bu sənətə gəlməyimə peşmanam”, - deyə açıqlama vermişdi. Xatirə İslam isə xanəndənin bu fikirləri ilə razılaşmadığını və onun sənətçilər haqqında pis fikir formalaşdırdığını söyləmişdi.

Tarix
25 Noyabr 2014 [16:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin