Abşeronda kütləvi dava: 3 nəfər bıçaqlandı

22:20 - 1 Dekabr 2017 - HADİSƏ

Abşeronda kütləvi dava olub.
 
Ucnoqta.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Masazır qəsəbəsi ərazisində qeydə alınıb.
 
Iki qrup arasında baş verən kütləvi dava zamanı Zabrat qəsəbə sakinləri - Yusif Xanquliyev, Rauf Bəkirov və Məmmədəli Babazadə bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
 
Araşdırmalar zamanı onlara bıçaq xəsarəti yetirən şəxslərin Yardımlı rayon sakinləri - İlqar Dadaşov, Cəsur Səbzəliyev Əmrah Almazzadə və Qobustan rayon sakini Fərhad Şikarov olmaları müəyyən edilib.
 
Faktla bağlı əməliyyat tədbirləri davam etdirilir.

Xəbər xətti