Azərbaycan və Əfqanıstan prezidentlərinin təkbətək görüşü olub - FOTO

12:33 - 1 Dekabr 2017 - SİYASƏT

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda işgüzar səfərdə olan Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşü olub.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, dövlət başçısı İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini qarşılayıb. 
Sonra prezidentlər birgə foto çəkdiriblər.

Görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransının əhəmiyyəti qeyd edilib.
Bu səfərin iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə edilib.


Xəbər xətti