Çində bina yanğını — 10 ölü

12:04 - 1 Dekabr 2017 - DÜNYA

Çinin şimalındakı Tyantszine şəhərində hündürmərtəbəli binada yanğın baş verib.

Ucnoqta.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, yanğın nəticəsində 10 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb.

"Sinxua" agentliyinin məlumatına əsasən, yanğın 38-ci mərtəbədə başlayıb və 300 kvadrtat metrlik sahəni əhatə edib. Yanğın bina fasadında başlayıb və içəri daxil olub.

Xəbər xətti