Ana səhifə
22 Sentyabr 2018

Ramiz Əzizbəyli: "Həkimlər ümid verirlər ki, hər şey yaxşı olacaq"

“Bir aydan çoxdur Türkiyədən Bakıya qayıtmışam, hələ də müalicə alıram. Əlimin-ayağımın tam açılmağı üçün vaxt lazımdır”.
 
Bunu APA-ya açıqlamasında xalq artisti Ramiz Əzizbəyli deyib: "Noyabrın 27-dən Tibb Universitetinin Tədris Cərahiyyə Klinikasında müalicə alıram. Həkimlər ümid verirlər ki, hər şey yaxşı olacaq. Mən də buna inanıram, gözləyirəm. Bu xəstəlik elədir ki, birdən sağalmaq olmur. Tam ayağa qalmaq, rahat gəzmək üçün zaman lazımdır. İndi əsanın köməkliyi ilə özümü idarə edirəm. Hələ nə qədər burda yatacağam, müalicələr nə qədər çəkəcək, onu bilmirəm. Hər şey həkimlərdən, müalicələrdən asılıdır”. 
 
Qeyd edək ki, Ramiz Əzizbəyli ötən il beyin insultu keçirib. O, uzun müddət İstanbulda müalicə olunub.

Tarix
1 Dekabr 2017 [11:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin