Ana səhifə
24 Sentyabr 2018

Müğənni sevgilisi ilə İstanbulda... FOTOLAR

Son bir ay ərzində iki klipini təqdim edən müğənni-teleaparıcı Vüsalə Rəcova yeni ilə qədər repertuarını bəstəkar və xalq mahnıları ilə təzələyəcək.

 

 

Hazırda isə sənətçi İstanbulda dincəlir. İki həftə öncə böyük çəkiliş heyəti ilə İstanbula gedib, Kənan MM-ə klip çəkdirən müğənni bu dəfə həmin şəhəri ailəsi ilə istirahət üçün seçdi. Vüsalə xanımın son iki klipində tərəf müqabili olan Qafur bəy sənətçiyə sevgi etirafından sonra onun yaradıcılıq və şəxsi işlərində yanında olacağına söz verib.  Bu səfərə müğənni anası, oğlu və Qafur bəylə yollanıb: “Klip çəkilişi zamanı İstanbulu gəzməyə vaxtımız olmadı. Çəkiliş prosesi gərkin keçdi. Bir-birinin ardınca yeniliklər təqdim etdim. Bu həftəni özümüzə ayırıb, dincəlməyə qərar verdik. Qafur bəyin münasibəti ciddidi. Onun münasibətinə qarşılıq göstərirəm. Hələlik bir-birimizi daha yaxşı tanımağa çalışırıq. Ailəmə qarşı səmimidi”.

 

 

Qeyd edək ki, yeni ilə yeni repertuarla hazırlaşan sənətçi bu siyahıya duetlərin də daxil ediləcəyini də bildirib.

Tarix
25 Noyabr 2014 [16:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin