Ana səhifə
23 Fevral 2018

Mingəçevirdə bir qrup şəxs iş adamına hücum edib

Mingəçevir şəhərində sahibkara hücum olub.

Ucnoqta.az "Report"un Şirvan bürosuna istinadən xəbər verir ki, əllərində ağac və bel (lapotka) olan bir qrup naməlum şəxs çörək sexinin qarşısında sahibkarlıqla məşğul olan 1965-ci il təvəllüdlü Əliyev Elşən Şirin oğluna hücum edərək onu döyüb.
Hadisə E.Əliyev “Lund Cruiser” markalı avtomobilindən düşərək sahibi olduğu çörək sexinə getmək istəyən zaman baş verib.
İş adamı ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, E.Əliyev Tərtər rayon sakinidir və Mingəçevirdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Hücumun hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb. 

Tarix
1 Dekabr 2017 [18:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ