Ana səhifə
18 Noyabr 2018

Qaçırdığı qızı boğub öldürdü – Ağcabədidə

Ağcabədi rayonunda tapılan qızın meyiti ilə bağlı maraqlı məlumat əldə olunub. 
 

 

Ucnoqta.az xəbər verir ki, qızın meyiti bu gün səhər rayonun Cəfərbəyli kəndi ərazisindən keçən kanalın kənarında tapılıb. Əldə etdiyimiz məlumata görə, hələlik adını dəqiqləşdirə bilmədiyimiz qız Gəncə sakini olub. Qızın özünün razılığı ilə tanıdığı oğlan (onun da adı hələlik məlum deyil) qaçırıb. Onlar bu gün səhər saatlarında Ağcabədi rayonunun Cəfərbəyli kəndinin girişində maşından düşərək oğlanın kənddə yaşayan dayısıgilə gediblər. Məlumata görə yolda olarkən qızın anası oğlana zəng edib və onu təhqir edib. Bu zaman oğlanla qız rasında da mübahisə yaranıb. Nəticədə oğlan qızı boğaraq kanala atıb. 

Cinayəti törədən şəxs artıq həbs olunub.(Qafqazinfo.az)

 

Tarix
9 Oktyabr 2014 [11:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin