Ana səhifə
21 Sentyabr 2018

Prezident əmlakın özəlləşdirilməsi haqda proqrama dəyişiklik etdi- Fərman

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

 

Ucnoqta.az xəbər verir ki, fərmanda deyilir:

 

1. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №8 (III kitab), maddə 606; 2001, №10, maddə 640; 2002, №4 (II kitab), maddə 189, №10, maddə 592; 2003, №10, maddələr 566, 569; 2004, №6, maddə 432; 2005, №5, maddələr 400, 403, 405; 2006, №7, maddə 590, №8, maddə 678, №9, maddə 742; 2007, №11, maddə 1097, №12, maddə 1246; 2008, №7, maddə 613; 2009, №3, maddə 163, №10, maddə 788, №12, maddə 990; 2010, №6, maddə 498, №7, maddə 610; 2016, №3, maddə 438; 2017, №7, maddə 1352) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 5.11-ci bəndində "Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri "Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana

uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin normativ hüquqi

aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu

Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti

orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Tarix
30 Noyabr 2017 [18:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin