Ana səhifə
21 Sentyabr 2018

Büdcədən dotasiya almayan rayonların sayı artır

Oqtay Haqverdiyev: “Hökumətin istəyi odur ki, rayonların əksəriyyəti özünü təmin edə bilsin”

 

 

2015-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı məlum oldur ki, növbəti ildə bəzi şəhər və rayonlara dotasiya ayrılmayacaq. Bunlar Bakı, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri, Abşeron, İmişli rayonlarıdır. Bu şəhər və rayonlara gələn il yerli gəlir və xərclərin tənzimlənməsi üçün mərkəzləşdirilmiş xərclərdən vəsait nəzərdə tutulmayıb. Büdcə layihəsində onlar üçün ayırlan pulun miqdarı yerli gəlirlərə aid olan məbləğlə göstərilib.

Gələn ilin büdcə layihəsində Bakı şəhərinin gəlirləri 6 milyard 494 milyon manat, Sumqayıtın gəlirləri 84 milyon 964 min manat, Şirvanın gəlirləri 17 milyon 406 min manat, Mingəçevirin gəlirləri 32 milyon 761 min manat, Abşeron rayonunun gəlirləri 36 milyon 117 min manat, İmişli rayonu üçün isə 20 milyon 903 min manat göstərilib.

Mütəxəssislər bunu adları çəkilən şəhər və rayonların öz tələbatlarını daxili imkanlar hesabına ödəməyə qadir olmaları ilə izah edirlər. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, öz tələbatlarını daxili imkanlar hesabına ödəməyə qadir şəhərlərin siyahısı yaxın vaxtlarda genişlənəcək: “Daxili gəlirlər hesabına formalaşan Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Abşeron, İmişlinin sırasına Naftalan şəhəri də əlavə ediləcək. Bu, Naftalanda son dövrlər tibbi turizmin inkişafı sayəsində mümkün olacaq.. Yəqin ki, yaxın zamanlarda Naftalan şəhəri öz gəlirləri ilə öz xərclərini təmin edəcək. Çünki, dünyanın ən gözəl müalicə ocaqları orada yerləşir. Təbii ki, ora gələnlər artacaq, pul xərcləyəcəklər. Bunun müqabilində artım olacaq”.
Hazırda Qərb zonasının şəhər və rayonlarına dövlət büdcəsindən 200 milyon manata qədər dotasiya ayrılır. Regionda formalaşan gəlirlər isə bu rəqəmdən iki dəfə azdır”.
O deyib ki, Gəncə-Qazax zonasında formalaşan, yəni büdcəyə daxil olan gəlirlərlə xərclər arasında iki dəfədən çox fərq var: “Yerli xərclər hələ yerli gəlirləri ödəmir. Buna görə də dövlət öz büdcəsi vasitəsilə regionlara dotasiya ayırır. Hələlik bu dotasiya lazımdır, regionlar inkişaf etməlidir, daha sonra təbii ki, bütün regionlar mənfəətlə işləyəcək”.

Millət vəkilinin fikrincə, sahibkarlığın inkişafı, yeni zavod və müəssisələrin açılması hesabına vergiyə cəlb olunma artacaq və Gəncə-Qazax regionunun şəhər və rayonları da dotasiyadan asılı qalmayacaq.
İqtisadçı ekspert Oqtay Haqverdiyev isə  “Üç nöqtə”yə bildirdi ki, hər il dövlət büdcəsində mərkəzləşdirilmiş xərclərdən yerli xərclərə daha az vəsaitin ayrılmasına çalışılır: “Əgər 2-3 il bundan əvvəl dotasiya almayan rayonların sayı yox dərəcəsində idisə, indi vəziyyət dəyişməyə başlayıb: “Məsələn, 2012-ci ildə yalnız Abşeron rayonu dotasiya almırdı, yəni mərkəzdən ona heç bir vəsait ayrılmırdı. Ancaq bu rayon yerli gəlirlər hesabına bütün iqtisadi inkişafını təmin edir,  böyük tikintilər aparırdı. 2013-cü ildə bu rəqəm 3-ə çatdı. Abşerondan başqa, Sumqayıt və Şirvan şəhəri də siyahıya daxil oldu. Bu ildən isə sıra bir qədər də genişləndi və dotasiya almayan rayonların sayı 6-a yüksəldi. Bu artım tempi ilə yaxın 10 ildə dotasiya alan rayon olmayacaq”. O dedi ki, ümumi götürəndə hökumətin istəyi odur ki, rayonların əksəriyyəti özünü təmin edə bilsin. Yəni mərkəzdən vəsait almasınlar.

 

 

Əfsun

Tarix
25 Noyabr 2014 [17:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin