Ana səhifə
24 Sentyabr 2018

Rusiyanın “Balet” jurnalı Azərbaycan rəqs sənətindən yazır (FOTO)

Rusiyanın nüfuzlu incəsənət nəşrlərindən olan “Balet” jurnalının növbəti sayında (sentyabr-oktyabr 2017) Azərbaycan Dövlət Rəqs Ansamblının fəaliyyətindən, bu kollektivin öz ikinci baharını yaşamasından bəhs edən geniş yazı dərc olunub.
 

Ucnoqta.az Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata istinadən bildirir ki, "Vesna azerbaydjanskoqo tantsa" ("Azərbaycan rəqsinin baharı") adlı yazıda uzun fasilədən sonra bu il aprel ayında ilk dəfə solo konsertlə çıxış edən ansamblda baş verən yeniliklərdən bəhs edilir. Yazıda Rusiya Federasiyasının Xalq artisti, Qafqaz və dünya rəqslərinin bilicisi, tanınmış baletmeyster Dikalu Muzakayevin rəhbərliyi altında kollektivin yeni yaradıcılıq layihələrindən, zəngin tarixi və ənənələri olan Azərbaycan xalq rəqs sənətinin müasir şəraitdə yaşadılmasından söz açılır. Məqalədə milli rəqs sənətimizi yad elementlərdən təmizləmək, əsl Azərbaycan rəqsini dünyaya göstərmək missiyasını yerinə yetirən bəstəkar, rəssam, rəqqas və musiqiçilərdən ibarət yaradıcı komandanın uğurlu fəaliyyəti xüsusilə vurğulanır.

Yazıda milli rəqsimizin ali səhnə sənətinə çevrilməsində misilsiz xidmətləri olan görkəmli sənətkar Əlibaba Abdullayev, bu sənətin digər azman nümayəndələri xatırlanır, rəqs musiqisi yazmış, melodiyaları toplamış bəstəkarların adı çəkilir. Müəllif ilk dəfə milli rəqs melodiyaları əsasında yaradılmış "Koroğlu" baletinin özəlliklərindən bəhs edərkən, bu mövzu üzərində geniş dayanaraq, rusdilli oxuculara xalq qəhrəmanına həsr olunmuş "Koroğlu" dastanının motivləri əsasında dahi Üzeyir Hacıbəylinin yazdığı opera, bu mövzuda çəkilmiş bədii film barədə də məlumat verir.

“Balet” jurnalı ildə altı dəfə (iki aydan bir) nəşr olunur. Dərgidə həm çağdaş dünya klassik və milli rəqs sənətində baş verən hadisələrə, rəqs sənəti tarixi barədə yazılara, həm də rəqs sənətinə dair elmi məqalələrə yer verilir. Dünya rəqs sənəti barədə ciddi yazıların ünvanı olan, beynəlxalq səviyyədə qəbul edilən jurnalda Azərbaycan ansamblı barədə geniş yazının dərc olunması həm də milli incəsənətimizin təbliğinə töhfədir.

Qeyd edək ki, rəngli illüstrasiyalarla zəngin "Azərbaycan rəqsinin baharı" məqaləsinin müəllifi "Mədəniyyət" qəzetinin əməkdaşı Gülcahan Mirməmməd, fotoların müəllifi Əbdürrəhim İsrafilovdur.

Tarix
30 Noyabr 2017 [16:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin