Ana səhifə
24 Aprel 2018

Biznes inkubatorların idarə edilməsində beynəlxalq təcrübənin tətbiqi müzakirə edilib

Noyabrın 29-30-da Bakı Biznes Tədris Mərkəzinin və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Biznes inkubatorların idarə edilməsində beynəlxalq təcrübə: Azərbaycanda tətbiqi imkanları” mövzusunda seminar keçirilib.

İqdisadiyyat Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Bakı Biznes Tədris Mərkəzində keçirilən tədbirdə Avropa İttifaqının beynəlxalq ekspertləri, Polşanın Azərbaycandakı Səfirliyinin, texnoparkların, ölkədə fəaliyyət göstərən biznes inkubatorların və onların rezidentlərinin, ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin rəhbəri Akif Fərruxov Nazirliyin Quba-Xaçmaz və Aran Regional mərkəzlərində yaradılmış biznes inkubatorların fəaliyyəti, gənclərin sahibkarlığa cəlb edilməsi və bu sahədə yeni imkanlardan danışıb.
Avropa İttifaqının beynəlxalq ekspertləri İvona Çoynovska-Haponik və Arkadiuş Tarnovski “Biznes inkubatorların idarə edilməsində beynəlxalq təcrübə” mövzusunda təqdimatla çıxış edib, Avropa İttifaqı ölkələrində biznes inkubatorların fəaliyyət mexanizmi barədə məlumat veriblər.
Seminarda ölkədə fəaliyyət göstərən biznes inkubatorların idarəedicilərinin, rezidentlərinin beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi ilə bağlı fikirləri dinlənilib, mövzu ilə bağlı müzakirələr aparılıb.

Tarix
1 Dekabr 2017 [00:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ