Fuad Muradov Milli Məclisdə seçiciləri ilə görüşüb – FOTOLAR

16:04 - 30 Noyabr 2017 - ÖLKƏ İÇİ

Milli Məclisin Gənclər və idman komitəsinin sədri, 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Fuad Muradov parlamentdə seçiciləri ilə görüşüb.

 

"Ucnoqta.az" xəbər verir ki, Millət vəkili təmsil etdiyi dairədə yaşayan seçiciləri və eyni zamanda Gənclər və idman komitəsinə müraciət edən vətəndaşları ayrı-ayrılıqda qəbul edib. 25 nəfər seçicinin iştirak etdiyi görüşdə millət vəkili ona ünvanlanan sualları cavablandırıb və onları narahat edən məsələləri dinləyib. Millət vəkilinə ünvanlanan müraciətlər arasında əsasən iş, mənzil, qeydiyyat, sənədləşmə, sosial məsələlər və s. üstünlük təşkil edib. Müraciət edən insanların problem və təkliflərini, eyni zamanda zəruri olan sənədləri qəbul edən Fuad Muradov bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib. Bir sıra məsələlər yerindəcə həll edilib.

Aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb.

 

Elmin


Xəbər xətti