Kürdəmirdə üç ailənin yaşadığı ev yanıb

15:39 - 30 Noyabr 2017 - HADİSƏ

1 mərtəbəli 4 otaq, 2 mətbəx və aynabənddən ibarət olan fərdi yaşayış evində güclü yanğın başlayıb

Kürdəmirdə üç ailənin yaşadığı ev yanıb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bu gün şəhərin Yaşar Seyidov 43 ünvanında Sabir Sədi oğlu Səmədova məxsus 1 mərtəbəli 4 otaq, 2 mətbəx və aynabənddən ibarət olan fərdi yaşayış evində güclü yanğın başlayıb.
Hadisə yerinə FHN-nın Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 204 kvadratmetr olan evin 124 kvadratmetri əşyaları ilə birlikdə yansa da, evin qalan hissəsi yanğından mühafizə edilib.

İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.
Fakt araşdırılır.

Xəbər xətti