Azərbaycan və Ermənistan XİN başçıları dekabrın 6-da görüşəcək

13:30 - 30 Noyabr 2017 - SİYASƏT

​Nazir həm də həmsədlərlə görüşəcəyini bildirib

"Dekabrın 6-da həm həmsədrlərlə, həm də Ermənistanın xarici işlər naziri ilə görüşəcəyəm". Ucnoqta.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Nazir qeyd edib ki, Azərbaycan görüşə razılıq verib: "Biz həmişə vurğulayırıq ki, məntiqli və substantiv danışıqlar olmalıdır. Moskva görüşündə həmsədrlərlə dərin və ətraflı müzakirə apardıq. Həmsədrlərin bu istiqamətdə danışıqları davam etdirəcəyi gözlənilir".

Xəbər xətti