Ana səhifə
22 İyun 2018

Mövlud Çavuşoğlu: Azərbaycanın beynəlxalq arenada rolu getdikcə daha da artır

Bugünkü görüşümüzün əsas məqsədi ölkələrimiz arasındakı əlaqələri daha da inkişaf etdirməyin yolları barədə müzakirələr aparmaq idi. Ticarət dövriyyəsi daha da inkişaf etdirilməlidir. Xüsusilə müdafiə sahəsində əməkdaşlığı gücləndirə bilərik. Biz bu sahədə bir-birimizi dəstəkləyirik.

Ucnoqta.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda üçtərəfli görüşün nəticələrinə dair mətbuat konfransında deyib.

Nazir görüşdə bu formata hər üç ölkənin parlamentarilərini də cəlb etmək barədə razılıq əldə edildiyini bildirib. “Biz Qarabağ, Kəşmir və Kipr məsələsinin həllində daha çox həmrəy olmalı və bir-birimizə dəstək zamanı heç nədən çəkinməməliyik. Qarabağ və Kəşmir məsələsində qardaş Azərbaycanın və qardaş Pakistanın daim yanındayıq. Biz terrorçuların İslamı əllərində vasitəyə çevirmələrinə imkan verməyəcəyik”, - deyə nazir qeyd edib.

Mövlud Çavuşoğlu Azərbaycanın beynəlxalq arenada rolunun getdikcə daha da artdığını, önəmli aktora çevrildiyini vurğulayıb.

Tarix
30 Noyabr 2017 [13:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin