Bıçaqla silahlanmış şəxs 5 uşağı yaraladı

19:45 - 30 Noyabr 2017 - DÜNYA

Çinin cənubundakı Haynan əyalətində bıçaqla silahlanmış şəxs məktəblərin birində uşaqlara hücum edib.
 

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 5 uşaq yaralanıb.

Yaralı uşaqlar xəstəxanaya yerləşdirilib. Onların həyatına heç bir təhlükə olmadığı deyilir.

Polis artıq hücum edən şəxsi saxlayıb. Hazırda hadisənin təfərrüatları araşdırılır.

Xəbər xətti