General daha bir rəisin yerini dəyişdi-Təyinat

11:09 - 30 Noyabr 2017 - ÖLKƏ İÇİ

Penitensiar Xidmətin Bakının Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olunub.

Ucnoqta.az “Report”a istiandən bildirir ki, Pentensiar Xidmətin rəisi Ceyhun Həsənovun əmri ilə 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Cəlil Əliyev vəzifəsindən azad olunaraq 3 saylı İstintaq Təcridxanasına rəis təyin edilib.

C.Əliyev keçmiş Bayıl Təcridxanasının rəisi Misir Əliyevin oğludur.


Xatırladaq ki, 3 saylı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov vəzifəsindən azad olunaraq Bakı İstintaq Təcridxanasının rəisi təyin edilib.

Xəbər xətti