Bakıda ilk üçtərəfli görüş başlayıb

10:04 - 30 Noyabr 2017 - SİYASƏT

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin ilk üçtərəfli görüşü başlayıb.

Ucnoqta.az "Report"a istinadən bildirir ki, toplantıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənın xarici siyasət idarəsinin rəhbəri Mevlüt Çavuşoğlu və Pakistanın xarici işlər naziri Havaca Məhəmməd Asifin iştirak edir. 

Nazirlər Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli formatda əlaqələrin genişləndirilməsini, beynəlxalq və regional məsələləri müzakirə edirlər. 

Xəbər xətti