Ana səhifə
25 Sentyabr 2018

Bakının bir hissəsi qazsız qalacaq

Bakının Nəsimi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

Ucnoqta.az "Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata istinadən bildirir ki, Nəsimi rayonu, M.Sənani küçəsində diametri 273 mm-lik polietilen yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması və diametri 250 mm-lik siyirtmənin qurlaşdırılması ilə əlaqədar, noyabrın 30-da saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun 1 və 2-ci Alatava, 20 Yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə küçələri, eləcə də Tbilisi və H.Əliyev prospektlərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Tarix
30 Noyabr 2017 [09:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin