Tramp CNN-i boykot etməyə çağırıb

23:05 - 29 Noyabr 2017 - DÜNYA

ABŞ prezidenti Donald Tramp CNN telekanalını boykot etməyə çağırıb.
 
APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, D. Tramp CNN telekanalının bu həftə Yeni il münasibətilə jurnalistlərin Ağ Evdə keçiriləcək qəbulunda iştirakdan imtina etdiyini açıqladıqdan sonra belə bəyanat verib.
 
D. Tramp bildirib ki, CNN-nin yalan informasiyaları boykot edilməlidir.
 
Qeyd edək ki, Ağ Evdə jurnalistlərin qəbulu dekabrın 1-də olacaq.

Xəbər xətti