Türkiyə Ermənistanla sərhəddə geniş antiterror əməliyyatlarına başlayıb

16:48 - 29 Noyabr 2017 - DÜNYA

Türkiyə Ermənistanla sərhəddə geniş antiterror əməliyyatlarına başlayıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, sərhəddə yerləşən Ağrı əyalətinin Doğubayazıt rayonunun Tendürək dağı ətəklərində keçirilən əməliyyata bombardumançı helikopterlər, ağır texnika və xüsusi təyinatlılar cəlb edilib. 

Əməliyyat zamanı terrorçu PKK qruplaşmasına aid mağara və yeraltı sığınacaqlar bombalanıb. Bölgədə terrorçuların aşkarlanıb məhv edilməsi tədbirləri davam edir. 
Ağrı əyaləti Jandarm Komandalığından bildirilib ki, əməliyyat qış mövsümü ərzində Ağrı və Tendürek dağları başda olmaqla bütün bölgədə fasiləsiz olaraq, aparılacaq.
Qeyd edək ki, bir müddət əvvəl terrorçu PKK qruplaşması silahlılarının Ağrı əyaləti ərazisindən Ermənistana, oradan isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə keçdikləri haqda məlumat yayılmışdı. 

Xəbər xətti