Türkiyədə pul köçürmələrinə və nağdlaşdırmaya məhdudiyyət qoyulur

16:10 - 29 Noyabr 2017 - İQTİSADİYYAT

Türkiyədə pul köçürmələrinə, eləcə də bankomatlardan nağd pulun çıxarılmasına məhdudiyyət qoyulur.
 

Bu barədə Ucnoqta.az Trend-ə Türkiyənin Banklara Nəzarət Təşkilatından verilən məlumata istinadən bildirib.

Məlumatda qeyd olunub ki, hər gün icazə verilən maksimal məbləği nağdlaşdıran şəxslərin bank hesabları da xüsusi nəzarətə alınacaq.

Qurumdan verilən məlumata görə, pul köçürmələri üzərində nəzarətin gücləndirilməsi maliyyə fırıldaqları, eləcə də qeyri-leqal mərc oyunları ilə mübarizə çərçivəsində həyata keçirilir: “Türkiyədə 5 milyona yaxın şəxs qeyri-qanuni təşkil edilən qumar oyunlarında iştirak edir. Bu oyunlarda iştirak üçün pul vəsaitləri bankomatlardan çıxarılır”.

Xəbər xətti