Azərbaycan Kuboku: Premyer Liqanın daha 3 klubu 1/4 finala yüksəlib

15:34 - 29 Noyabr 2017 - İDMAN

 Futbol üzrə Azərbaycan Kubokunda daha 3 komanda 1/4 finala vəsiqə qazanıb. 

Ucnoqta.az “Report”-a istinadən xəbər verir ki, “Səbail”, “Keşlə” və “Kəpəz” 1/8 finalda rəqiblərini üstələməyi bacarıblar. Onlar müvafiq olaraq “Şüvəlan”, MOİK və “Binə”ni mübarizədən kənarlaşıdırıblar. 

“Səbail” 1/4 finalda “Qəbələ” – “Muğan” cütünün qalibi ilə qarşılaşacaq və ilk oyunu səfərdə keçirəcək. 
“Keşlə” isə “Kəpəz”lə üz-üzə gələcək. İlk qarşılaşmada meydan sahibi paytaxt klubu olacaq. 
Azərbaycan Kuboku
1/8 final
29 noyabr (çərşənbə)
13:30. MOİK – "Keşlə” - 0:3
Qollar: Adrian Skarlatake, 41. Mirsahib Abbasov, 65. Rafael Məhərrəmli, 80
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Habil Əliyev, Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Şahin Cəfərov
"Bakı” FK-nın təlim-məşq bazasının stadionu
13:30. "Kəpəz” – "Binə”- 3:0
Qollar: İlyas Səfərzadə, 65; 71. Şəhriyar Rəhimov, 82
Hakimlər: Nail Nağıyev, Rza Məmmədov, Akif Əmirəli, Qorxmaz Eldarov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
"Dalğa Arena”

13:30. "Şüvəlan” – "Səbail” - 1:2
Qol: Elvin Həsənalıyev, 10 - Aslan Hüseynov, 60. Ayron Stati, 78
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Füzuli Nəcəfov
"AZAL Arena”
Qeyd edək ki, 1/4 finalın ilk oyunları 10-11, cavab görüşləri isə 14-15 dekabrda keçiriləcək. Noyabrın 28-də baş tutmuş matçlardan sonra “Qarabağ” və “Neftçi” növbəti mərhələyə adlayıblar.

Xəbər xətti