Ana səhifə
19 Yanvar 2018

İtaliya mətbuatı: Azərbaycan NATO və Aİ ilə münasibətləri gücləndirir

İtaliyanın “Agenparl” informasiya agentliyi “Azərbaycan NATO və Avropa İttifaqı ilə münasibətləri gücləndirir” adlı məqalə yayıb.
 

Ucnoqta.az Trend-in məlumatına istinadən bildirir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Belçikaya işgüzar səfəri çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşü, müzakirə olunan məsələlər, o cümlədən NATO-nun Şimali Atlantika Şurasının iclasında çıxışı barədə məlumat verilir.

Bildirilir ki, Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycan ilə NATO arasında müxtəlif sahələrdə həyata keçirilən uğurlu əməkdaşlıq əlaqələrindən, Azərbaycanın NATO-nun müxtəlif missiya və əməliyyatlarında fəal iştirakından, Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs edib. Dövlət başçısı münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinin vacibliyini vurğulayıb, həmçinin Azərbaycanın iqtisadi inkişafı, iştirak etdiyi irimiqyaslı layihələr, Cənub Qaz Dəhlizinin strateji önəmi haqqında danışıb.

Məqalədə Prezident İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Şərq Tərəfdaşlığı Sammitində iştirakı və Sammitin plenar iclasındakı çıxışından da bəhs olunur. Qeyd edilir ki, Prezident İlham Əliyev Aİ-ni Azərbaycanın ən əsas ticarət tərəfdaşı adlandırıb və təşkilat ilə əməkdaşlığın inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasət prioritetlərindən biri olduğunu vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın xarici ticarət dövriyyəsinin 50 faizinin Aİ-ə üzv ölkələrin payına düşdüyünü və Azərbaycanın Aİ-nin doqquz ölkəsi ilə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul etdiyini bildirib. Həmçinin qeyd edilir ki, dövlət başçısı Azərbaycanda siyasi, iqtisadi, demokratiya və insan hüquqları, sosial sahədə həyata keçirilən uğurlu islahatlar haqqında danışıb, Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayıb. Bundan əlavə, Prezident Bakı-Tbilisi-Qars dəmir yolunun strateji əhəmiyyətindən bəhs edib, eləcə də Avropanın enerji xəritəsinə əhəmiyyətli dərəcədə təsir göstərəcək Cənub Qaz Dəhlizindən söz açıb.

Yazıda Şərq Tərəfdaşlığı Sammitində qəbul edilmiş Birgə Bəyannamə haqqında da məlumat verilir. Bildirilir ki, Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib, Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb, Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad olunub ki, həmin sənəddə Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qeyd edilib.

Məqalədə, həmçinin vurğulanır ki, Birgə Bəyannamədə Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən nəqliyyat və enerji layihələrinə xüsusi dəstək qeyd edilib, “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb etdiyi əks olunub. Bəyannamədə Azərbaycanın iştirakı ilə Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə həyata keçirilən ikitərəfli və çoxtərəfli layihələrə xüsusi diqqət yetirilib. Gələcək illər üçün Şərq Tərəfdaşlığı ölkələri ilə həyata keçiriləcək birgə əməkdaşlıq istiqamətləri sırasında Azərbaycanın Aİ ilə vizasız gediş-gəliş sənədlərinin işlənməsi xüsusi yer alıb.

Tarix
29 Noyabr 2017 [15:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ